Şəhərin mərkəzi küçəsinin kəsişməsindəki piyada zolağının xətləri silinib. Bu haqda bu gün, 7 fevral tarixində Cenublu.az xəbər verir.
Sözügedən “zebra” problemi şəhərin Həzi Aslanov və Zərifə Əliyeva küçələrinin kəsişməsində müşahidə edilir. Ərazidə piyada keçidi xətlərinin silinməsi səbəbindən sürücülər və piyadalar arasında çaşqınlıq yaranır.
Sakinlər qeyd edirlər ki, xətlər olduğu zaman həm sürücülər, həm də piyadalar rahat şəkildə hərəkət edə və zamanında dayana bilirlər. Müraciət edənlər tez bir zamanda məsələnin həll olunacağına inanırlar.