SON XƏBƏRLƏR

Lənkəranda mərkəzi küçələrinin birində səki piyadalar üçün təhlükə mənbəyinə çevrilib. Bu haqda bu gün, 24 mart tarixində Cenublu.az xəbər verir.

Şəhərin Nizami küçəsində piyada səkisinin üzəri dağılıb. Dağılan hissə xəndəyin üzərindən keçdiyinə görə, piyadaların suya düşmə təhlükəsi çoxalıb. “Loğman” aptekin yaxınlığında yaranan bu vəziyyət sakinləri narahat edir.

Sakinlər tez bir zamanda məsələnin həll olunacağına ümid edirlər.