Astara rayonu Şiyəkəran kəndində yerləşən körpü sakinlərə təhlükə yaradır. Bu haqda bu gün, 29 sentyabr tarixində sakinlər Cenublu.az-a müraciət edib.
Kənd ərazisindən keçən Pənsərçayın üzərindəki körpü nazik dəmir listlərlə örtülüb.
Sakinlərin sözlərinə görə, körpü köhnə təmirli olduğundan istifadə zamanı körpü titrəyir. Onlar bidlirir ki, körpünün əsaslı təmirə ehtiyacı var.