SON XƏBƏRLƏR

Astaranın ucqar kəndlərindən birində camaat yolsuzluqdan əziyyət çəkir. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az xəbər verir.

Söhbət rayonun Ovala kəndindən gedir. 500-ə yaxın əhalisi olan kəndə gedən yolda asfalt örtüyü, ümumiyyətlə, yoxdur. Cənub zonasında yağıntılar çox olduğundan yollar daim palçıq olur. Sakinlər bildirir ki, uşaqlar məktəbə gedə bilmirlər.

“İnanın ki, kəndimizdə fövqəladə hal baş verdikdə FHN bura gəlib çata bilmir. Xəstəmizi vaxtında xəstəxanaya çatdıra bilmirik. Bu yoldan ancaq “Niva” keçə bilir, o da elə olur ki, palçıqda ilişib qalır. Soyuqda palçıqdan maşın çıxarmalı oluruq”, – deyə kənd sakini bildirib.

Sakinlər tez bir zamanda aidiyyəti qurumların məsələni həll edəcəklərinə ümid edirlər.