SON XƏBƏRLƏR

Lənkəran rayonunun kəndində sakinlər yol örtüyünün olmamasından əziyyət çəkir. Bu barədə oxucular Cenublu.az-a müraciət ediblər.

Rayonun Narbağı kəndində əraziyə gediş-gəliş yolunun asfalt örtüyü yoxdur. 40-45 ailənin yaşadığı kəndin yoluna 2 və ya 3 dəfə çınqıl daşlar tökülüb. Lakin yağan yağışlar daşları yuyub aparıb. Sakinlər bildirir ki, yağışlı havada kəndə gəlmək mümkünsüz olur. Yol palçıq olduğundan, nəqliyyatın buraya gəlməsi, sakinlərin işə, uşaqların isə məktəbə getməyi kimi bir sıra çətinliklər yaradır.

“Bu yola axırıncı dəfə “Sovet” hökümətinin vaxtında asfalt çəkilib, ində o asfaltdan əsər-əlamət yoxdur. Yayda maşınla hərəkət zamanı isə, yol kənarı evləri toz basır” deyə redaksiyamıza müraciət edən oxucu bildirib.