SON XƏBƏRLƏR

Masallı rayonunun Qızılağac kəndində yollar təmir olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində Masallı RİH-yə istinadən verir.

Belə ki, xaricdə yaşayan xeyriyyəçi tərəfindən kəndin bir küçəsinin 350 metrlik hissəsinə çınqıl-daş tökülərək qreyder verdirilib.

Masallı rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən məlumata görə, küçənin təmir olunmasına kənd xeyriyyəçisi tərəfindən ümumilikdə 1500 manat məbləğində vəsait xərclənib.