SON XƏBƏRLƏR

Masallıda xeyriyyəçilərin dəstəyi ilə kənd yolları asfaltlanır. Bu haqda bu gün, 15 sentyabr tarixində Cenublu.az Masallı Xəbərlərinə istinadən xəbər verir.

Asfaltçəkmə prosesi rayonun Kolatan kəndində gedir. Kənddə təzə məhəllə adlanan ərazidə növbəti 550 metrlik yol asfaltlanaraq istifadəyə verilib. Təzə yoldan savayı, kənd əhalisinin pay torpaqlarına gedən yol da təmir olunub.

Qeyd edək ki, Kolatan kəndində ümumilikdə 8.2 km-lik yolun təmiri xaricdə və kənddə yaşayan xeyriyyəçilərin maliyyə dəstəyi ilə başa çatıb.