SON XƏBƏRLƏR

Masallı rayonunun Köçəkli kəndində şəhid ailələrinin yaşadığı küçələrin asfaltlanmasına başlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində verir.

Belə ki, Masallı rayonunun Həsənli kənd İƏD üzrə nümayəndəliyinin Köçəkli kəndində II Qarabağ müharibəsində şəhid olmuş Abbasov İntiqam Yavər oğlunun valideyninin evinə gedən yola 420 metr, I Qarabağ müharibəsində şəhid olmuş şəhidlərimiz Rəhimov Sərhəddin Yadulla oğlunun valideyninin evinə gedən yola 82 metr və Yaqubov Ceyhun Sabir oğlunun valideyninin evinə gedən yola 40 metr – ümumilikdə 542 metr asfalt örtüyünün çəkilişinə başlanılıb.