SON XƏBƏRLƏR

Masallıda yolların təmiri işləri davam etdirilir. Bu haqda bu gün, 17 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Rayonun Bədəlan kəndi ərazisində Rayon İcra Hakimiyyəti başçısının Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Çayqıraq kəndinin 4 km məsafədə kənd ara yolu qreyderlə hamarlanıb. Yeddioymaq ərazisinin Qasımlı kəndində kənd ara yollarının təmiri davam edir, Tüklə kəndində mərkəzi yolun ətəklərinə 3 “KamAZ” çay çınqılı sərilib.

Təzəkənd kəndində 200 metr məsafədə olan küçəyə asfalt qırıntısı tökülərək yayılıb, Şərəfə ərazisində kənd xeyriyyəçilərinin dəstəyi ilə kənd ara yollarının təmiri davam edir və Viləş kəndi ərazisində əkin sahələrinə gedən yolun 200 metr məsafəsi qreyderlə hamarlanaraq yol genişləndirilib.