SON XƏBƏRLƏR

Masallıdan olan gənc qız kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Məhərrəmova Lalə Gülbala qızı Masallı rayonunun Eminli kəndində ziyalı ailəsində anadan olub. O, şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbi bitirib. Lalə Məhərrəmova 2010-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 2011-2013-cü illərdə isə magistratura təhsili alıb. 2015-ci ildə Azərbaycan Milli Elmər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz ve Qeyri-Üzvi Kimya İnstitutunun doktorantura şöbəsinə daxil olub və 2022-ci il iyunun 9-da Kimyəvi kinetika ve kataliz ixtisası üzrə “Metanolun dimetoksimetana çevrilməsi üçün V, Zr əsaslı katalizatorların işlənməsi” mövzusunda elmi işini uğurla müdafiə edib.​ Müxtəlif vaxtlarda 25 elmi əsəri, bir patenti dərc olunub.

Qeyd edək ki, Lalə Məhərrəmova Ali Attestasiya Komissiyası Kollegiyasının 14.04.2023 tarixli qərarı ilə fəlsəfə doktoru adına layiq görülüb.