SON XƏBƏRLƏR

Masallı rayonunun yollarında təmir işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, Tüklə kəndi ərazisində Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Zöhrab Mehdiyev adına küçəyə kənd xeyriyyəçisinin şəxsi vəsaiti hesabına 2 maşın çınqıl tökülüb.

Sığdaş-Ninalov kəndinin arasında olan və qaz xətti çəkilən zaman korlanan mərkəzi küçə podratçı təşkilat tərəfindən 2 maşın çınqılla təmin olunub.

Sərçuvar kəndində Vətən müharibəsi iştirakçısı Qafarov Əli Füzuli oğlunun yaşadığı küçəyə ərazi nümayəndəliyinin təşəbbüsü, bələdiyyə və xeyriyyəçilərin köməkliyi ilə 3 traktor qum tökülüb.

Mahmudavar ərazisində kəndarası yollara ərazi nümayəndəliyi və kənd xeyriyyəçiləri tərəfindən 500 metr məsafəyə çınqıl döşənib. Göyəçöl kənd ərazisində isə kənd sakinləri və xeyriyyəçiləri tərəfindən kəndarası küçəyə 1 kamaz və 1 şaqman qarışıq çınqıl döşənib.

Həmçinin Qasımlı kəndində də xeyriyyəçilər tərəfindən yollar təmir olunub.

Masallıda yolların təmiri
Masallıda yolların təmiri
Masallıda yolların təmiri
Masallıda yolların təmiri
Masallıda yolların təmiri
Masallıda yolların təmiri Masallıda yolların təmiri Masallıda yolların təmiri Masallıda yolların təmiri Masallıda yolların təmiri