Masallıda piyadaların və nəqliyyat vasitələrinin gediş-gəlişini optimallaşdırmaq məqsədilə təmir işləri görülür. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Rayonun Ərəb, Köhnə Alvadı və Rüdəkənar kənd ərazilərində yollar təmir olunur. Xeyriyyəçilər və kənd ərazi nümayəndələrinin təşkilatçılığı ilə yola çınqıl səpilir. Təmir işləri yağıntı nəticəsində palçığın qarşısını almaq məqsədilə görülür.