SON XƏBƏRLƏR

Masallıda yolların təmir-bərpası işləri görülür. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az Masallı Xəbərlərinə istinadən xəbər verir.

Təmir işləri rayonun Qızılağac kəndində aparılır. Kənd bələdiyyəsi tərəfindən küçələrə çınqıl döşənir. Bələdiyyə sədri Şamil Məmmədovun verdiyi məlumata görə, əraziyə 180 ton çınqıl gətirilmişdir. Hal-hazırda üç küçə təmir olunub. Küçələrin təmir olunması işləri bundan sonra da davam etdiriləcəkdir.