Ölkə ərazisində yağan intensiv qarın Masallıda yaratdığı müxtəlif problemlər aradan qaldırılıb. Bu haqda bu gün, 12 yanvar tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
47 saylı Yol İstismar idarəsi tərəfindən yollar qardan təmizlənir, mərkəzi küçələrə qum səpilir, Viləşçay Su Anbarı istismarı idarəsi tərəfindən həm yolların, həm də kanalların təmizlənməsi işləri aparılır ki, bu da yollarda su çalalarının yaranmasının qarşısını alır, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin briqadaları yollarda iməcilik işlərini genişləndirir. Rayon Yaşıllaşdırma müəssisəsi tərəfindən ağaclar qardan təmizlənir, elektrik təsərrüfatında yaranmış problemlər rayon Elektrik şəbəkəsinin briqadaları tərəfindən operativ olaraq aradan qaldırılır, mavi yanacaqla bağlı müntəzəm olaraq rayon Qaz İdarəsi tərəfindən tədbirlər həyata keçirilir, rayon ərazisində rabitə və internetlə bağlı da müvafiq işlər aparılır.