Masallıda yolların təmiri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 yanvar tarixində verir.
Masallı şəhəri, Qasım bəy Zakir, Bəxtiyar Vahabzadə, döngə 1, Süleyman Rəhimov, Musa Nağıyev, Kərim Kərimov və Qurtuluş küçələrinə Masallı bələdiyyəsi tərəfindən qum-çınqıl tökülərək qreyderlə hamarlanıb.
Həmçinin rayonun Türkoba kəndində bir neçə küçə xeyriyyəçilər tərəfindən təmir olunub.









