SON XƏBƏRLƏR

Masallı rayon Polis Şöbəsi rayonun Köhnə Alvadı kəndi ərazisində mərkəzi yolda silinmiş piyada zolağını yeniləyib və zolaqdan aralıda 5.16.2 “Piyada keçidi” nişanını yerləşdirib.

Lakin piyadaların mərkəzi yoldan təhlükəsiz keçmələrini təmin etmək məqsədilə görülən işdə bir balaca səhv olub.

Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanuna və “Yol hərəkəti və siqnallar” haqqında Vyana konvensiyasına əsasən, piyada zolağından aralı xəbərdarlıq nişanı olan 1.20 “Piyada keçidi” nişanı quraşdırılmalıdır.

Əraziyə quraşdırılan 5.16.2 “Piyada keçidi” nişanı isə qanunvericiliyə əsasən, piyada zolağının qarşısında yerləşdirilməlidir.

Ümid edirik ki, Masallı rayon Polis Şöbəsi bu faktı nəzərə alacaq.