Masallıda xeyriyyəçilər yolların istifadəyə yararlı olması üçün təmir işləri görüblər. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Bədəlan ərazisində kənd xeyiryyəçiləri tərəfindən mərkəzi yolun kənarlarına və ərazi nümayəndəliyinin həyətinə qum-çınqıl daşlar tökdürülüb. Bununla da yağan yağışlar zamanı yolun palçıq olma ehtimalı qismən azaldılıb.