Masallının kənd yollarında təmir-bərpa işləri gedir. Bu haqda bu gün, 30 dekabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Sözügedən işlər rayonun Həsənli kəndində baş tutub. Kənddaxili yol xeyriyyəçilər tərəfindən təmir olunub. Yollara tökülən çınqıl daşlar yağıntılar sonrası yaranan palçığın qarşısını alacaq.