SON XƏBƏRLƏR

Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində Report.az-a istinadən verir.

Hadisə noyabrın 8-də Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 65 yaşlı Əlibaba Mirağa oğlu İmanov idarə etdiyi “UAZ 469” markalı avtomobillə hərəkətdə olarkən piyada, 62 yaşlı Ağayev Zəfər Vəkil oğlunu vurub. Nəticədə piyada xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

10 noyabr tarixində o, Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndərilib. Dekabrın 29-da isə müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.