Masallıda qışa hazırlıq məqsədilə yollar təmir olunur. Bu haqda bu gün, 9 dekabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Təmir işləri rayonun Bədəlan ərazisində aparılır. Ərazidə “Həkim” məntəqəsinin avtomobil yoluna çınqıl daşlar tökülüb. Bununla da yağan yağıntılar zamanı yolda palçıq yaranmasının qarşısı alınıb.