Masallıda əhalinin sıx yaşadığı kənddə yollar keçilməz vəziyyətdədir. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az Oxu.az-a istinadən xəbər verir.
Söhbət rayonun Mololon kənd yollarından gedir.Sözügedən kənd Masallı ilə Lənkəranın birləşdiyi yerdə yerləşir. Sakinlər bildirirlər ki, bu yol asfalt üzü görməyib. Onlar aidiyyəti üzrə müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.
“Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişik. Bu kəndə heç bir müəllim dərs demək üçün gəlmir. Təhsil olmadığı üçün kənddə inkişaf yoxdur”, – deyə kənd sakini qeyd edib.