SON XƏBƏRLƏR

Masallıda əhalinin rahatlığını nəzərə alaraq yollarda təmir-bərpa işləri görülür. Bu haqda bu gün, 6 fevral tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Rayonun Bədəlan ərazi nümayəndəliyinin təşəbbüsü ilə Masallı-Boradigah magistral yolunun Bədəlan ərazisindən keçən hissəsində, əhalinin gediş-gəlişini təmin etmək məqsədilə məktəb yoluna piyada keçidi və digər yol nişanları yerləşdirilib.

Həmçinin Təzəkənd ərazi nümayəndəliyi tərəfindən Təzəkənd kəndinin giriş hissəsi və yol kənarlarındakı işıq dirəkləri rənglənib.