Masallıda 2 avtomobilin iştirakı ilə qəza hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 27 may tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.
Qəza Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində baş verib. Rayon sakinləri Namiq Eynullayev və Miri Ağayevin idarə etdikləri müvafiq “VAZ-2170” (“Lada Priora” – red.) və “VAZ-2104” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ-2104” markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və “VAZ-2170” markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.