Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində ölümlə nəticələnən qəza qeydə alınıb. Bu haqda bu gün, 23 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub.
Nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər – Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüblər, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.