SON XƏBƏRLƏR

Masallıda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər yaralanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Hadisə rayonun Ərkivan qəsəbəsində baş verib.  “Toyota” markalı minik avtomobili ilə “KamAZ” yük maşınının toqquşması nəticəsində bir nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

FHN briqadasının keçirdiyi xilasetmə tədbirləri nəticəsində həmin şəxs müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.