SON XƏBƏRLƏR

Masallıda tələbələr və müəllimlər kollecə gedən yolda könüllü təmir işləri görüblər. Bu haqda bu gün, 28 dekabr tarixində Cenublu.az “Masallı Xəbərləri”nə istinadən xəbər verir.

Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Kollecin müəllim heyəti və tələbələri yolu təmir ediblər. Təhsil ocağına gedən yolun kənar hissəsinə palçıqdan qorunmaq məqsədilə çınqıl daşlar tökülüb. İşlər Vidadi Nəzərovun şəxsi vəsaiti hesabına görülüb.

Bir müddət öncə həmin yola asfalt döşənib.