Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhidlərin adını daşıyan küçələrə daşlı qum tökülüb. Bu haqda bu gün, 3 may tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Qodman ərazisinin Məmmədrzaküçə kəndinin bir qrup sakinləri tərəfindən 9 maşın çınqıl məhəllədaxili küçələrə tökülərək hamarlanıb. Xırmandalı ərazi nümayəndəliyi tərəfindən isə ərazidə olan körpünün giriş və çıxış hissələrinə, ümumi uzunluğu 70 metr olan hissəyə asfalt frezi tökülüb. Viləş kəndi ərazisində 400 metr yola çınqıl tökülərək hamarlanıb və Bədəlan ərazi nümayəndəsinin təşəbbüsü ilə ümumi uzunluğu 1 km olan Bədəlan-Xanalian yolu qreyderlə təmir edilib.
Rayon ərazisində yolların təmiri işləri davam etdirilir.