SON XƏBƏRLƏR

Masallının kənddaxili yollarında təmir işləri görülür. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Masallının müxtəlif kəndlərində yerli İcra hakimiyyəti orqanı, bələdiyyə, kənd xeyriyyəçilərinin təşəbbüsü və təşkilatçılığı ilə kənddaxili yollar təmir olunur, insanların yollardan rahat istifadəsi təmin edilir.

Belə ki, rayonun Bədəlan, Böyük Kolatan, Çaxırlı, Göyəçöl, Lürən, Sərçuvar və digər ərazilərində şəhid adına olan və yararsız vəziyyətdə olan küçələrin təmiri üçün iritutumlu yük maşınları ilə çınqıl daşları tökülərək yayılıb.

Bədəlan ərazisində 1 “KamAZ” çınqıl, Böyük Kolatan kəndində 4 maşın çınqıl, Çaxırlı ərazisində şəhid Kənan Şahbazov adına küçəyə 1 maşın çınqıl, Göyəçöl ərazisində 100 m məhəlləarası yola 3 “Shacman” çınqıl tökülərək yayılıb və Lürən-Pircana kənd ara yoluna qreyder verilib.

Hazırda rayonda kənddaxili yolların təmiri işləri davam etdirilir.