SON XƏBƏRLƏR

Masallıda yollarda vəziyyətin yaxşılaşdırılması məqsədilə təmir-bərpa işləri görülür. Bu haqda bu gün, 30 dekabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Köhnə Alvadı ərazisində Şəhid Həsənov Zöhrab Məmmədxan oğlunun evinə və məscidə gedən  yolun eni az olduğundan vətəndaşa ərazi nümayəndəliyi tərəfindən hasarının geri çəkməsi ilə bağlı müraciət edilib. Vətəndaş hasarın 3 və 4 metr geri çəkilməsinə etiraz etməyib. Daxili imkanlar hesabına hasar sökülərək geri çəkilmişdir.

Şəhid Elşən Heybətov küçəsinə 300 m məsafədə 4 maşın çınqıl tökülərək hamarlanıb. Bundan əlavə, Masallı-Boradigah yolunun Qızılavar kəndindən keçən hissəsində sakinlər üçün yolun hər iki tərəfində dayanacaqlar quraşdırılaraq istifadəyə verilib. Həmçinin Banbaşı ərazisi – Böyük Xocavar kəndində sakinlərin təşəbbüsü ilə 350 metr yola qreyder verilib.

Təmir-bərpa işləri rayonun Hişkədərə və Şıxlar kəndində də görülüb. Hişkədərə ərazisinin Mişkəmi kəndində mərkəzi yol və ara yollara 1 maşın çınqıl tökülərək yayılıb. Şıxlar kənd sakini, şəhid atası Hüseynov Mirzə Pənah oğlunun həyətinə millət vəkili Məşhur Məmmədov tərəfindən 1 maşın çınqıl səpilib, sakinlər tərəfindən isə kənd yolunun təmiri üçün 1 maşın çay daşı yola tökülərək yayılıb.