Masallıda əhalinin sıx yaşadığı kəndlərin birində yolların bərpa prosesi gedir. Bu haqda bu gün, 29 noyabr tarixində Cenublu.az Masallı Xəbərləri-nə istinadən xəbər verir.
Təmir işləri rayonun Köhnə Alvadı kəndində aparılır. Vaxtı ilə kəndin yolları çalalardan ibarət olduğuna görə hər yağıntılı havada yolları palçıq bürüyürmüş. Əhalinin gediş-gəlişində çətinlik müşahidə edilən yola ilkin mərhələdə çınqıl daşlar tökülüb.
Əhali tez bir zamanda kənd yollarına asfalt çəkiləcəyinə ümid edir.