Masallı rayonunun Mahmudavar kəndində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində verir.
“VAZ 21014” markalı avtomobil ötmə əməliyyatı yerinə yetirmək üçün qarşı yola çıxıb. Nəticədə o, qarşıdan qələn “VAZ 2107” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.