SON XƏBƏRLƏR

Masallıda yol kənarında yerləşən rabitə dirəyi təhlükə saçır. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az xəbər verir.

Sözügedən dirək Birinci Səmədxanlı kəndində yerləşir. Evin hasarının kənarındakı dirək əyilib. Havaların küləkli və yağıntılı keçəcəyi günlərdə dirəyin aşması ehtimalı yüksədir.

Sakinlər məsələnin tez bir zamanda həll olunmasını istəyirlər.