SON XƏBƏRLƏR

Masallı rayonunda kənd camaatı obalarına gedən yolun vəziyyətindən narazıdırlar. Bu haqda məlumat bu gün, 20 may tarixində Real TV-də paylaşılıb.

Söhbət rayonun Mololon kəndindən gedir. Sakinlər bildirib ki, kəndə gedən yol yayda tozlu, payızda isə palçıq içində olur. Həmçinin qeyd olunub ki, kənd yolu Sovet dövründə asfaltlı olub. Sadəcə uzun müddət keçdiyindən, asfalt örtüyü dağılaraq torpaq yola çevrilib.

Kəndin ağsaqqalı qeyd edib ki, digər kəndin müəllimləri yolların pis vəziyyətdə olduğuna görə təhsil ocaqlarına gələ bilmirlər.

İcra Hakimiyyəti ilə əlaqə saxlayan REAL TV əməkdaşları, cavab olaraq 4 km uzunluqda olan yolun 2022-ci ilin sonunadək təmir olunacağı cavabını alıblar.