SON XƏBƏRLƏR

Sakinlər Masallı və Lənkəran rayonlarını birləşdirən yolun halından narazıdırlar. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az xəbər verir.

Söhbət Mahmudavar, Türkoba, Qəzvinoba və digər kəndlərin ərazilərindən keçən yoldan gedir. Yolda asfalt örtüyünün olmasına baxmayaraq, yamaq və çuxurların çox olması sürücüləri narahat edir.

Qeyd edək ki, bu yoldan Mahmudavar, Türkoba, Qəzvinoba, Boradigah, Mollaoba, Babaser, Bədəlan kənd sakinləri tez-tez istifadə edirlər.