SON XƏBƏRLƏR

Masallıda yetkinlik yaşına çatmayan şəxs avtoxuliqanlıq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində Oxu.az-a istinadən verir.

Belə ki, ilkin məlumata görə, VAZ-2107 markalı “90-ZB-901” dövlət nömrə nişanlı avtomobillə avtoxuliqanlıq edən şəxsin 17 yaşı olub. Eyni zamanda videogörüntülərdə nəqliyyat vasitəsinin qeyri-standart dövlət nömrə nişanı ilə idarə edildiyi də görünür.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, sosial şəbəkədə yayılan videogörüntülər Masallı şəhəri ərazisində lentə alınıb:

“Avtoxuliqanlıq hərəkətləri edərək, ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünün görüntüləri barədə məlumatlıyıq. Sözügedən görüntülərlə bağlı Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi və sükan arxasında olan şəxs müəyyən edilib. Onun Masallı rayon sakini olan bir nəfər azyaşlı olduğu müəyyən edilib. İdarəetmə hüququ olmadan sürdüyü VAZ-2107 markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin şəxs barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb”.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon