Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrində torpaq sürüşməsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 may tarixində Apa.az-a istinadən verir.
Sürüşmə nəticəsində yolun 55 metrlik hissəsində hərəkət zolağı daralıb.
Eyni zamanda torpaq sürüşməsi nəticəsində yaxınlıqdakı qaz kəmərinin zədələndiyi bildirilir, sonradan kəmərdə yaranan sızma aradan qaldırılıb.
Yaxın günlərdə sözügedən ərazidə təmir-bərpa işlərinə başlanılacaq.