SON XƏBƏRLƏR

Masallı rayonunun Xıl kəndinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.

Belə ki, kənd ərazisində, ümumiyyətlə, asfaltlı yol olmadığından sakinlər gediş-gəlişdə çətinlik çəkirlər.

“Bəlkə də, regionda yeganə bizim kənddir ki, asfalt, ümumiyyətlə, yoxdur. Yağış yağanda çox əziyyət çəkirik. Avtomobil sürmək olmur, piyada isə palçıq içində gedib-gəlirik. Xahiş edirik aidiyyəti qurumlardan, məsələyə nəzər salsınlar”, – deyə sakinlər bildiriblər.