SON XƏBƏRLƏR

Masallı rayonu Tatyanoba kəndinin körpüsü qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.

Sakinlər bildirirlər ki, körpü gediş-gəliş üçün daim istifadə olunur.

“Bizim kənddən savayı, körpüdən Yolağac və Yeyənkənd sakinləri də istifadə edirlər. Körpü sovet dövründə tikilib və heç vaxt əsaslı təmir olunmayıb. Orta sütunu artıq tamamən çöküb, sağ sütunu isə çökmək üzrədir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülmür. Aidiyyəti qurumlardan məsələni həll etmələrini xahiş edirik”, – deyə sakinlər bildiriblər.

cenublu (5)(2)
cenublu (3)(3)
cenublu (2)(4)
cenublu (5)(2) cenublu (3)(3) cenublu (2)(4)