SON XƏBƏRLƏR

Masallı rayonu, Viləş kəndi, şəhid Nurlan Bayram oğlu Əsgərlinin adını daşıyan küçəyə asfalt örtüyü döşənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Qeyd edək ki, Nurlan Əsgərli Aprel döyüşlərində özü ilə eyni rütbədə olan qardaşı, gizir İntiqam Əsgərli ilə birlikdə döyüşüb. Qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşlərini çıxarıb. Nurlan Əsgərli 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Onun nəşini döyüş meydanından çiyin-çiyinə vuruşduğu doğma qardaşı İntiqam Əsgərli çıxarıb. İntiqam Əsgərli isə 9 noyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon