SON XƏBƏRLƏR

Masallı şəhərinin daxili yolları təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, şəhərin Cəfər Cabbarlı, Dadva küçəsindəki 1 və 2-ci döngələr, Həsən bəy Zərdabi, Y.V.Çəmənzəminli, S.B.Mehmandarov, Ə.B.Hüseynzadə, R.Rza, M.Maqomayev, Ç.Mustafayev, Cavad Xan, X. Natəvan, M.F.Axundov, şəhid N.Sultanzadə, M.Hüseyn, Koroğlu, Həsən Əliyev, Ə.B.Topçubaşov, şəhid Anar Novruzov, N.Gəncəvi, S.Məmmədov 1-ci döngə, Milli Qəhrəman S.Məmmədov 2-ci döngə, A.A.Bakıxanov, Z.Adıgözəlov, şəhid M.İbrahimov, şəhid Vüsal Hadıyev, M.C.Paşayev, Y.Mehdiyev, C.Məmmədquluzadə küçələrində 2000 kvm asfalt örtüyü çəkilib  və uzunluğu 400 metr, eni 4 metr olmaqla 10 sm qalınlıqda qum-çınqıl tökülərək hamarlanıb.

Həmçinin şəhərin M.Ə.Sabir, Z.Əliyeva, Ə.B.Topçubaşov, R.Behbudov və Koroğlu küçəsində döngə 1 istiqamətində 5 maşın qum-çınqıl materialı tökülərək texnika vasitəsilə hamarlanıb.

Beləliklə, Masallı şəhər ərazisində ümumilikdə uzunluğu 9.65 km olan 29 küçəyə 37519 kvm asfalt örtüyü döşənıb və 6 küçəyə qum-çınqıl materialı tökülərək texnika vasitəsilə hamarlanıb.