Masallı şəhəri ərazisində yerləşən bir neçə küçədə təmir işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 yanvar tarixində “Masallı Xəbərləri”nə istinadən verir.
Belə ki, şəhərin Süleyman Rəhimov, Musa Nağıyev, Qasım bəy Zakir, Bəxtiyar Vahabzadə, döngə 1 küçələrində, həmçinin vətəndaşların müraciətlərini nəzərə alaraq, şəhərin Qurtuluş, Kərim Kərimov küçələrində təmir işləri aparılıb.
Qeyd edək ki, işlər Masallı şəhər Bələdiyyəsi tərəfindən görülüb.