SON XƏBƏRLƏR

Masallının kəndlərində yolların təmiri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.

Belə ki, rayonun Tatyanoba-Yolağac yolu 47 saylı Yol İstismarı İdarəsi tərəfindən təmir olunur, Xıl kəndində kənd ara yolları xeyriyyəçilər tərəfindən çınqıl döşənərək hamarlanır, Yeyənkənd bələdiyyəsi tərəfindən Yeyənkənd kənd sakini, l Qarabağ müharibəsi qazisi İsayev Eyvaz Şirvan oğlunun evinə gedən yola 1 kamaz daşlı qum tökülərək hamarlanır, Yeddioymaq ərazisinin Qasımlı kəndinin xeyriyyəçiləri tərəfindən kənd ara yollarına çınqıl tökülərək hamarlanır, Göyəçöl ərazisində kənd sakinləri tərəfindən 1 yük maşını çınqıl ara küçələrə tökülərək hamarlanır və Sığdaş-Xanalıyan yolu qreyderlə təmir olunur.