SON XƏBƏRLƏR

Masallıda yolu keçən qızı “Kamaz” markalı yük maşını vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 sentyabr tarixində Bakupost.az-a istinadən verir.

Belə ki, 15 yaşlı Sevanə Əzimova avtobusdan düşüb yolu keçərkən sürətlə gələn “Kamaz” markalı yük avtomobili onu vuraraq, yolun kənarına atıb.

Yaralının vəziyyəti ağır olduğundan o, dərhal Bakıya, 1 saylı Şəhər Klinik Xəstəxanasının (Semaşko) reanimasiya şöbəsinə yerləşdirilib.