SON XƏBƏRLƏR

Masallı Dövlət Regional Kollecinə gedən yol təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, icra başçısının tapşırığı ilə uzunluğu 84 metr olan dalan asfaltlanıb. Araz Əhmədov sözügedən əraziyə baş çəkərək, görülən işlərlə tanış olub. Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov icra başçısına görülən işlərlə bağlı məlumat verib.