SON XƏBƏRLƏR

Masallı şəhərindəki Dadva küçəsində yollar təmir olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.

Belə ki, uzunluğu 700 metr və eni 10 metr olan Dadva küçəsində ümumilikdə 8500 kv.m. ölçüdə asfalt örtüyünün döşənməsi üçün hazırlıq işləri davam edir. Eyni zamanda Dadva küçəsinin giriş hissəsində nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə dairə yaradılır ki, bununla bağlı da işlər yekunlaşmaq üzrədir.