Masallı rayonunun bir sıra küçələrində təmir işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində verir.
Belə ki:
- Qızılağac kəndində bələdiyyə tərəfindən Vətən müharibəsi qazisi Axundov Elvin İlkin oğlunun yaşadığı evə gedən küçəyə 4 “KamAZ” çınqıl;
- Köhnə Alvadı ərazisində xeyriyyəçilər tərəfindən 200 metr uzunluqda olan küçəyə 7 maşın qum və 4 maşın çınqıl;
- Ərəb kəndində Masallı rayon İcra Hakimiyyəti tərəfindən şəhid Qurbanov Masim Hafiz oğlunun evinə gedən yola 2 “KamAZ” çınqıl;
- Rüdəkənar kəndində ərazi nümayəndəliyinin təşkilatçılığı ilə kənddaxili yolun 70 metr məsafəsinə qum;
- Qasımlı kəndində xeyriyyə cəmiyyəti tərəfindən kənddaxili yollara qum;
- Ərkivan qəsəbə Abbaslı küçəsinə məhəllə sakinləri tərəfindən iki maşın çınqıl;
- Masallı şəhər Cavanşir küçəsinə qum-çınqıl tökülərək hamarlanıb.













