SON XƏBƏRLƏR

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Apa verib.

Belə ki, qəza Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun 79-cu km-də, Masallı rayonunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçü Astara rayonu Pəlikeş kənd sakinləri 46 yaşlı Əfqan Rükiyev, 35 yaşlı Səyaddin Rəhimov, 30 yaşlı Məcid Rükiyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Digər üç nəfər isə Cəlilabadın Şükürlü kənd sakinləri 13 yaşlı Xədicə İsparova, anası 49 yaşlı Zəminə İsparova və 42 yaşlı Xuraman Əliyeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.