SON XƏBƏRLƏR

Masallıda gənclər buster dozanın qəbuluna böyük maraq göstəriblər. Bu haqda Cenublu.az ARB Cənub-a istinadən xəbər verir.

2021-ci ilin sentyabr ayından ölkədə yeni növ koronavirus infeksiyası əleyhinə buster doza ilə peyvəndlənmə prosesinə başlanılıb. Risk qrupu və yaşlı nəsil istisna olmaqla digər şəxslər aktiv şəkildə 3-cü doza peyvənd vurdururlar.

COVİD-19 infeksiyasının sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Artıq 230 min əhalisi olan Masallı rayon ərazisində sakinlər könüllü formada 3-cü doza peyvənd vurdurmaq üçün xəstəxanaya gədirlər.

Vaksinasiya zamanı Sinovac və Pfizer peyvəndlərindən istifadə olunur.  62 yaşlı Şakir Əsədov isə artıq buster doza peyvənd qəbul edib. O bildirir ki, hər kəs vaksinasiya olunmalıdır ki, pandemiya bitsin, əvvəlki həyatımıza qayıdaq.

Verilən məlumata əsasən, artıq Masallıda buster dozası qəbul edənlərin sayı 90 mindən çoxdur.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr