Masallı rayonunda xeyriyyəçilər tərəfindən bir sıra işlər görülüb. Bu haqda məlumatı Masallı Rayon İcra Hakimiyyəti verib.
Belə ki, rayonun Viləş kəndində məktəbə gedən yola iki maşın qırma daş tökülüb. Həmçinin, kənd qəbiristanlığında işıqlandırma sisteminin yaradılması məqsədilə 6 ədəd dəmir dirək basdırılıb.
Daha sonra, Şərəfə kəndi ərazisində iş adamları və xeyriyyəçilərin vəsaiti hesabına Ağakişibəyli kəndini Şərəfə kənd tam orta məktəbi ilə birləşdirən 2 kilometrlik yola əvvəlcə qum-çınqıl, sonra da qırma daş tökülərək yayılıb.