Masallıda kənd sakinləri yollarında asfalt örtüyünün olmamasından narahatdırlar. Bu haqda məlumat bu gün, 14 mart tarixində Space TV-də paylaşılıb.
Söhbət rayonun Kubin kəndindən keçən Miyanku-Kubin yolundan gedir. Sakinlər bildirir ki, bir neçə dəfə öz hesablarına çınqıl daşlar ilə təmir etsələr də, müəyyən zamandan sonra yol yenidən sıradan çıxır.
“Tez-tez avtomobillərimizi servisə aparırıq. Yollar pis halda olduğundan maşınımız tez xarab olur”, – deyə kənd sakini qeyd edib.
Məsələ ilə bağlı AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, kənd təmirə ehtiyacı olan yolların siyahısına alınıb və maliyyə vəsaiti ayrılan kimi orada təmir işləri aparılacaq.